Modern.az

Qazax-İcevan sərhədində hərbçilərin mübadilə prosesi başlayıb - FOTOLAR

Qazax-İcevan sərhədində hərbçilərin mübadilə prosesi başlayıb - FOTOLAR

Aktual

13 Dekabr 2023, 14:22

Hazırda Qazax və İcevan rayonlarının sərhədində Ermənistanla Azərbaycan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi prosesi başlayıb.
 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib. Hadisə yerindən fotolar da yayımlanıb.


Bir müddət sonra tərəflərin nümayəndələri mübadilə yerinə gələcəklər.


Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.

Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (Aqşin Bəbirov və Hüseyn Axundov) azad edəcək.




 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?