Modern.az

Beynəlxalq axtarışda olan şəxslər İstanbulda saxlanıldı

Beynəlxalq axtarışda olan şəxslər İstanbulda saxlanıldı

Aktual

15 Dekabr 2023, 09:52

İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışda olan iki nəfər İstanbulda saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

 

O bildirib ki, ingilis Mohammad Zakir və çinəsilli Çen Xuefenf “Kafes-20” əməliyyatı çərçivəsində tutulub.

 

M.Zakir narkotikin yayılmasına, Ç.Xuefenf isə ağır yaralamaya görə axtarılırdı.

 

A.Yerlikaya beynəlxalq və milli təhlükəsizliyə təhdid yaradan bütün ünsürlərə qarşı mübarizənin davam edəcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...