Modern.az

Qanunsuz ağac kəsənlər məlum oldu

Qanunsuz ağac kəsənlər məlum oldu

Aktual

15 Dekabr 2023, 20:14

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Filfilli kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.

 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?