Modern.az

Tramvay xətlərinin çəkilməsi müzakirə olunmur - Nazir müavini

Tramvay xətlərinin çəkilməsi müzakirə olunmur - Nazir müavini

Aktual

18 Dekabr 2023, 12:20

Tramvay xətlərinin çəkilməsi ilə bağlı konkret fikir yoxdur, belə bir məsələ müzakirə edilmir. Lakin bu o demək deyil, tramvaylarla bağlı məsələ diqqət mərkəzində deyil.

 

Modern.az-ın xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

 

R.Hümmətov bildirib ki, yerüstü tramvay xətlərinin çəkilməsi, müəyyən ərazilərin olmasını tələb edir.

 

“Biz bilirik ki, nöqtələr arasında olan sərnişin sıxlığı var. Lakin bu tramvay xətlərinin yerüstü, ayrıca bir zolaqlarda birləşdirilməsi imkanlarını təəssüf ki, məhdud qiymətləndiririk”, - deyə o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?