Modern.az

Əlillərə minik avtomobilləri verildi - FOTOLAR

Əlillərə minik avtomobilləri verildi - FOTOLAR

Aktual

18 Sentyabr 2013, 13:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın bir neçə gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 180 ədəd “NAZ Lifan” markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, avtomobillərdən 40 ədədi sentyabrın 18-də Bakıda, Nazirliyin inzibati binasının həyətində müharibə əlillərinə təqdim olunub. Tədbirdə nazir Fizuli Ələkbərov yeni minik avtomobili alan əlilləri bu münasibətlə təbrik edərək onlara xoş arzularını bildirib.

Tədbirdə qeyd olunub ki, son on ildə respublikanın müxtəlif bölgələrində 4 mindən çox, ümumilikdə, 1997-ci ildən bu vaxta qədər 5 mindən çox mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib. 2003-2013-cü illərdə müharibə əlillərinə 2800-dən çox, 1998-ci ildən bu vaxta qədər isə 3800-dən artıq minik avtomobili təqdim olunub. 

1998-2008-ci illərdə müharibə əlillərinə verilən “OKA” markalı minik avtomobillərini ölkənin dinamik inkişafının daha bir göstəricisi olaraq, 2009-2010-cu illərdə “SLAVUTA” markalı, 2011-ci ildən etibarən isə rahatlığı və zahiri görünüşü ilə onlardan daha üstün olan “NAZ Lifan” markalı avtomobillər əvəz etməyə başlayıb. Tədbirdə minik avtomobili ilə təmin olunan əlillər ürək sözlərini bildirərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.







Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı