Modern.az

Şəmkirdə çaydan qarışıq suxurlar daşıyanlar CƏRİMƏLƏNDİ

Şəmkirdə çaydan qarışıq suxurlar daşıyanlar CƏRİMƏLƏNDİ

Aktual

23 Dekabr 2023, 14:06

Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxurların daşınması aşkarlanıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Qeyd olunub ki, fakt Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən təbiəti mühafizə və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində üzə çıxıb.

 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?