Modern.az

Sabahın hava proqnozu: 17 dərəcə isti

Sabahın hava proqnozu: 17 dərəcə isti

Aktual

2 Yanvar 2024, 12:46

Yanvarın 3-də gözlənilən hava şəraiti olə bağlı proqnoz açıqlanıb.


ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?