Modern.az

Bakıda "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib

Bakıda "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib

Aktual

5 Fevral 2024, 13:22

Azərbaycan Dillər Universitetində "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

 

Pakistanın Azərbaycandakı səfirliyin nümayəndəsi Zərminə Naz ölkəmizin Cammu və Kəşmir məsələsində beynəlxalq platformalarda rəsmi İslamabadı fəal dəstəklədiyini vurğulayıb:

 

“Bu gün Pakistan hökuməti, xalqı öz ədalətli və qanuni mübarizələrinə sarsılmaz dəstəyini bir daha bəyan edir. Öz müqəddəratını təyin etmək hüququ beynəlxalq hüququn əsas prinsipidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı