Modern.az

Mağazalardan oğurluq edən şəxs tutuldu

Mağazalardan oğurluq edən şəxs tutuldu

Aktual

8 Fevral 2024, 10:42

Fevralın 6-da səhər saatlarında Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd göstərən Ayxan Hacıyev Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, onun qəsəbə ərazisində 3 mağazadan ümumilikdə 2 min 500 manat dəyərində 2 ədəd mobil telefon, aksesuar, 1000 manat pul və 300 manat dəyərində ətir oğurlaması da müəyyən olunub.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV