Modern.az

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Aktual

18 Fevral 2024, 14:08

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

 

Modern.az-ın xəbərinə görə, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Əli Əsədovu Baş nazir təyin edilməsi münasibətilə təbrikində bildirib.

 

“Qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm” – deyə Cevdet Yılmaz vurğulayıb.

 

Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri Baş nazir Əli Əsədovdur.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı