Modern.az

Kooperasiya Kollecinin rəhbərliyi şəhid ailəsini ziyarət edib - FOTO

Kooperasiya Kollecinin rəhbərliyi şəhid ailəsini ziyarət edib - FOTO

Aktual

18 Mart 2024, 10:53

Bakı Biznes və Kooperasiya Kollecinin rəhbərliyi şəhid İsmiyev Zeynal Mustafa oğlunun ailəsini ziyarət edib.

 

Modern.az xəbər verir ki, 19 sentyabr 2023-cü il tarixində Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərkisilah edilərək ərazilərimizdən çıxarılması məqsədi ilə aparılan antiterror əməliyyatı zamanı şəhid olan Bakı Biznes və Kooperasiya Kollecinin tələbəsi Zeynal İsmiyevin ailəsi ziyarət olunub.

 

Qeyd edək ki, 02.07.2005-ci il təvəllüdlü Zeynal İsmiyev Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbi bitirib. Məktəbin 2021-2022-ci il məzunu olan şəhidimiz daha sonra Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub. O, kollecin "Turizm işinin təşkili" ixtisası, 565 saylı qrup tələbəsi olub. Şəhid kollecdə təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. O, Xocavənd istiqamətində qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada