Modern.az

Ermənistan Azərbaycanın rəyini nəzərə almayıb - Rusiyadan Aİ missiyasının dəvətinə REAKSİYA

Ermənistan Azərbaycanın rəyini nəzərə almayıb - Rusiyadan Aİ missiyasının dəvətinə REAKSİYA

Aktual

20 Mart 2024, 14:27

Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqınnın müşahidə missiyasını sərhəd bölgəsinə dəvət edib. Bu, missiyanın effektivliyinə şübhə yarada bilər.

Modern.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə belə deyib.

"Məsələ monitorinqin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır", - Kreml nümayəndəsi qeyd edib:

"Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq".

“Bu, İrəvanın birtərəfli qərarıdır”, - deyə Peskov əlavə edib

“Belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər”, - o deyib.

Xatırladaq ki, Ermənistan parlamenti Ermənistan-Azərbaycan şərti sərhədində Aİ missiyasının statusu haqqında sazişi ratifikasiya edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada