Modern.az

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib

Aktual

2 May 2024, 15:10

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən dünya dini liderlərinin görüşündə Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib.

 

İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesini alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV