Modern.az

Çimərlikdə 6 min manatlıq telefonlar oğurlandı

Çimərlikdə 6 min manatlıq telefonlar oğurlandı

Aktual

17 İyul 2024, 10:36

Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu