Modern.az

Yeni monitorlar cərimə yazır? - DİN-dən AÇIQLAMA

Yeni monitorlar cərimə yazır? - DİN-dən AÇIQLAMA

Aktual

18 İyul 2024, 13:00

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir:

 

"Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir. Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!