Modern.az

UNEC-də çinli tələbələr üçün Yay məktəbi təşkil olundu - FOTOLAR

UNEC-də çinli tələbələr üçün Yay məktəbi təşkil olundu - FOTOLAR

Aktual

18 İyul 2024, 16:25

UNEC və Çinin Hebei İqtisadiyyat və Biznes Universiteti ilə əməkdaşlığı çərçivəsində 11 nəfər çinli tələbə üçün UNEC-də Yay məktəbində təşkil olunub.

 

Modern.az xəbər verir ki, 2 həftəlik Yay məktəbində çinli tələbələrə UNEC-də tətbiq olunan ən müasir tədris texnologiyaları əsasında 14 müxtəlif proqram üzrə interaktiv təlimlər keçirilir. Tələbələr UNEC-in Bloomberg maliyyə laboratoriyası, Karyera Mərkəzi, kitabxanaları, oxu zalları, digər laboratoriyaları və inzibati strukturları ilə də tanış olublar.

 

Yay Məktəbi çərçivəsində tələbələrin bir sıra korporativ sektorlara, eləcə də regionlara səfərləri də nəzərdə tutulub.

 

Yay Məktəbi iyulun 21-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır