Modern.az

Ermənistan Müdafiə Nazirliyindən təyyarə qəzası ilə bağlı açıqlama

Ermənistan Müdafiə Nazirliyindən təyyarə qəzası ilə bağlı açıqlama

Aktual

19 İyul 2024, 12:02

Bu gün qəzaya uğrayan An-2 təyyarəsi hərbi təlim təyyarəsi olub və Ermənistan Müdafiə Nazirliyinin balansında olub.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Sputnik Ermənistan”a bildirib.


“Müdafiə Nazirliyi həlak olan pilotların ailə üzvlərinə, yaxınlarına və həmkarlarına başsağlığı verir”, - Torosyan əlavə edib.

Bundan əvvəl Daxili İşlər Nazirliyi An-2 təyyarəsinin Kotaykın Yeqvard şəhəri yaxınlığında qəzaya uğradığını, iki nəfərin öldüyünü bildirmişdi.

An-2 kənd təsərrüfatı, idman, nəqliyyat, hərbi təlim, sərnişin təyyarəsi kimi istifadə edilən və bir çox ölkələrin Hərbi Hava Qüvvələrində xidmətdə olan sovet çoxməqsədli yüngül təyyarəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu