Modern.az

Goranboyun Todan kəndində səyyar qəbul keçirilib - FOTOLAR

Goranboyun Todan kəndində səyyar qəbul keçirilib - FOTOLAR

Aktual

19 İyul 2024, 11:46

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir.

 

Səyyar qəbullar əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birgə Todan kəndində səyyar qəbul keçirib.

Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən yol, təbii qaz və rabitə təsərrüfatı xətlərinin yenilənməsi məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu