Modern.az

Paris Olimpiadasında Azərbaycana qarşı TƏXRİBAT

Paris Olimpiadasında Azərbaycana qarşı TƏXRİBAT

Aktual

27 İyul 2024, 16:28

Ötən gecə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi Azərbaycana qarşı təxribatla yadda qalıb.

Modern.az saytının məlumatına görə, təxribata səbəb "France 2" telekanalının aparıcısı Loran Delausun olimpiya komandalarının paradının keçidi zamanı səsləndirdiyi fikirlər olub.

Şərhçinin Sena boyunca bərələrlə üzən komandaların paradı zamanı dediyi sözlər Azərbaycan tərəfində etiraz doğurub.

Belə ki, Ermənistan komandası səhnəyə çıxanda fransız aparıcı deyib:

“Və təbii ki, bizim dostlarımız ermənilərdir. Ermənistan tarixən fransızların qəlbinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan ordusunun əlinə keçməsi və itirlməsilə nəticələnib”.

“Fransa-2” telekanalının bu təxribatından sonra Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcəyi gözlənilir.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu