Modern.az

Pezeşkian matəm mərasimlərinə qatıldı

Pezeşkian matəm mərasimlərinə qatıldı

Aktual

4 Sentyabr 2024, 10:01

İran prezidenti Məsud Pezeşkian Məşhəd şəhərinə gedib.

Modern.az saytı xəbər verir ki, Pezeşkianın Məşhəd səfəri çərçivəsində yerli iş adamları ilə görüşü və İmam Rzanın əzadarlıq tədbirlərində iştirakı planlaşdırılır.

Bu, Pezeşkiyanın İran İslam Respublikasının prezidenti kimi ilk daxili səfəridir.

Məsud Pezeşkian bu gün səhər Məşhəd şəhərində təşkil olunan İmam Rzanın əzadarlıq mərasimində iştirak edib.

Mərasimlərdə İran prezidenti ilə yanaşı, parlament sədri Məhəmməd Baqir Qalibaf və SEPAH generalı Hüseyn Səlami də iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu