Modern.az

Müraciətlər şəffaf şəkildə araşdırılacaq - MSK sədri

Müraciətlər şəffaf şəkildə araşdırılacaq - MSK sədri

Aktual

2 Sentyabr 2024, 01:40

Mərkəzi Seçki Komissiyasına rəsmi heç bir müraciət daxil olmayıb.

 

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

 

Məzahir Pənahov qeyd edib ki, MSK-nın “Qaynar xətti”nə zənglər olub, onlar informativ xarakter daşıyır: “Amma MSK-ya nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdıracağıq. Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!