Modern.az

Azərbaycan katolik icması ilə həmrəydir

Azərbaycan katolik icması ilə həmrəydir

Aktual

2 Sentyabr 2024, 18:11

Azərbaycanın Fransadakı səfirliyi Sent Omer şəhərində yerləşən kilsədə baş vermiş güclü yanğınla əlaqədar katolik icması ilə həmrəy olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

 

“Azərbaycan səfirliyi Sent Omer şəhərindəki kilsədə baş verən yanğınla əlaqədar katolik icması ilə həmrəy olduğunu bildirir. Çoxkonfessiyalı və çoxmillətli ölkə olaraq dini irsin qorunmasına xüsusi önəm veririk”, - paylaşımda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?