Modern.az

Balakən sakinindən tapança götürüldü

Balakən sakinindən tapança götürüldü

Aktual

3 Sentyabr 2024, 08:07

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Məlumata görə, ondan bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar