Modern.az

Yarım tondan artıq çətənə bitkisi məhv edildi - FOTO

Yarım tondan artıq çətənə bitkisi məhv edildi - FOTO

Aktual

3 Sentyabr 2024, 09:20

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Qaralı kəndi ərazisində yabanı halda bitən 947 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Modern.az xəbər verir ki, şöbə əməkdaşları tərəfindən ötən ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 17 nəfər saxlanılıb.

 

Onlardan 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları götürülüb.

 

Yarım tondan artıq çətənə bitkisi məhv edildi - FOTO

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu