Modern.az

Dərin Dəniz Özülündə ölən şəxs tüstüdən boğulubmuş

Dərin Dəniz Özülündə ölən şəxs tüstüdən boğulubmuş

Aktual

3 Sentyabr 2024, 11:30

Sentyabrın 2-də “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb. Hadisə nəticəsində “Azneft” İB-nin 1 saylı  İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı, 1960-cı il təvəllüdlü İslamov Rafiq İsa oğlu həyatını itirib.

 

Modern.az xəbər verir ki, TƏBİB hadisə ilə bağlı açıqlama yayıb.

 

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 22:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 1 nəfərin tüstüdən zəhərlənməsi səbəbilə çağırış daxil olub.

 

Təcili tibbi yardım briqadası tərəfindən 64 yaşlı şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...