Modern.az

Parlament seçkiləri Azərbaycan Konstitusiyasına uyğun keçirilib - XİN

Parlament seçkiləri Azərbaycan Konstitusiyasına uyğun keçirilib - XİN

Aktual

3 Sentyabr 2024, 16:34

Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına və  milli qanunlara tam uyğun keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Avropa İttifaqının seçkilərlə bağlı yaydığı məlumata cavab olaraq "X"də yazıb.

 

"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu