Modern.az

Naxçıvanda 8 ton çətənə kolu məhv edildi

Naxçıvanda 8 ton çətənə kolu məhv edildi

Aktual

4 Sentyabr 2024, 09:06

Naxçıvanda ümumi çəkisi 7.628 ton olan 202875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur, Şahbuz və Ordubad rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 7.628 ton olan 202875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

 

Həmin çətənə kolları yandırılaraq məhv edilib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...