Modern.az

Bakı və Abşeronda güclü külək əsib - FAKTİKİ HAVA

Bakı və Abşeronda güclü külək əsib - FAKTİKİ HAVA

Aktual

5 Sentyabr 2024, 09:00

Bu gün saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu