Modern.az

Sakinlərdən qanunsuz saxlanılan odlu silahlar təhvil götürüldü

Sakinlərdən qanunsuz saxlanılan odlu silahlar təhvil götürüldü

Aktual

6 Sentyabr 2024, 14:12

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır