Modern.az

Azərbaycan təyyarəsi Türkiyədə əməliyyatı davam etdirir - VİDEO

Azərbaycan təyyarəsi Türkiyədə əməliyyatı davam etdirir - VİDEO

Aktual

7 Sentyabr 2024, 10:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Modern.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Əməliyyat çərçivəsində təyyarə İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu