Modern.az

“Naxçıvanpoçt” xidmət səviyyəsini ARTIRIR

“Naxçıvanpoçt” xidmət səviyyəsini ARTIRIR

Aktual

8 Sentyabr 2024, 12:09

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsin mərkəzi filialında Nazirliyin tabeli qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkandan təqdim olunmasına başlanılıb.

 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mərkəzi filialda müraciətlərinə əsasən telefon və internet çəkilişləri üzrə vətəndaşlardan ərizələrin qəbulu da həyata keçiriləcək.

 

Qeyd edək ki, mərkəzi filialda ənənəvi poçt xidmətləri ilə yanaşı, eyni zamanda, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə və danışıq haqlarının qəbulu, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının ödənişləri və sair xidmətlər həyata keçirilir.

 

Xidmətin yaradılmasında məqsəd istifadəçilərin rahatlığının təmin edilməsi və əlavə vaxt itkisinin qarşısının alınmasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu