Modern.az

İldırım vurması nəticəsində 7 nəfər öldü

İldırım vurması nəticəsində 7 nəfər öldü

Aktual

9 Sentyabr 2024, 08:00

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda axşam saatlarında baş verib. Əkin sahəsində işləyənlər şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşıblar. İldırımın ağaca düşməsi 7 nəfərin ölümünə, 3 nəfərin ağır yaralanması ilə nəticələnib.

 

Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla savaşa hazır olun! - Almaniyada əhaliyə ŞOK XƏBƏRDARLIQ