Modern.az

"Formula 2" pilotu Bakıda uğursuzluqla üzləşdi

"Formula 2" pilotu Bakıda uğursuzluqla üzləşdi

Aktual

13 Sentyabr 2024, 11:48

"Campos Racing" komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

 

Modern.az-ın məlumatına görə, sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.

 

Onun avtomobili 6-cı döngədə fırlanıb. Pilot baryerlə təmasdan yayına bilib. Nəticədə qırmızı bayraq qaldırılıb.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu