Modern.az

Bu il iki yeni qatar alınacaq

Bu il iki yeni qatar alınacaq

Aktual

13 Sentyabr 2024, 15:48

Bakı metropoliteninə üç il ərzində 13 yeni qatar və ya 65 vaqon gətirilməlidir.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov qeyd edib ki, bu il ərzində Bakı metropoliteninə bu qatarların əksəriyyətinin, yəni 7 qatarın gətiriləcəyi barədə daha öncə məlumat verilmişdi:

“2 qatar artıq Bakıya çatdırılıb. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat da veriləcək. Qatarlar bir qayda olaraq iki-iki gətirilir. 2 qatarda tənzimləmə sınaq işlərinə müvafiq sənədləşmə prosedurların başa çatdıqdan sonra başlanılacaq. İctimaiyyətə bununla bağlı əlavə məlumatlar da təqdim olunacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!