Modern.az

Məktəblərin qarşısındakı piyada keçidləri YENİLƏNİR

Məktəblərin qarşısındakı piyada keçidləri YENİLƏNİR

Aktual

15 Sentyabr 2024, 10:34

Paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, xüsusilə, məktəblilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orta təhsil müəssisələrinin ətrafında müxtəlif tədbirlər görülür.

Görülən işlər çərçivəsində paytaxtın 101, 121 və 136 nömrəli orta məktəblərin ətraflarındakı mövcud piyada keçidlərində yenilənmə işləri aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır