Modern.az

İşıq kəsiləcək - DİQQƏT!

İşıq kəsiləcək - DİQQƏT!

Aktual

6 Aprel 2025, 22:14

Bakının Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar aprelin 7-də elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərişıq ASC-dən bildirilib.

 

Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir işlərinin aparılması və yeni Transformator Məntəqəsinin quraşdırılması işləri ilə əlaqədar bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək Sulutəpə və Xocəsən qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar