Modern.az

Roma Papasının vəfatı ilə əlaqədar Bakıda başsağlığı kitabı açıldı

Roma Papasının vəfatı ilə əlaqədar Bakıda başsağlığı kitabı açıldı

Aktual

22 Aprel 2025, 11:22

Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb. 

Modern.az xəbər verir ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər (26-ı daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.

2013-cü ildən, sələfi XVI Benediktin (1927-2022) istefasından sonra, Roma Katolik Kilsəsinə başçılıq edən Fransisk aprelin 21-də 89-cu yaşında vəfat edib. Onunla vidalaşma mərasimi Müqəddəs Pyotr kilsəsində keçirilməlidir. Tədbir ölüm günündən dörd ilə altı gün arasında baş tutmalıdır. Dəqiq tarix kardinallar tərəfindən çərşənbə axşamı müəyyən ediləcək.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar