Modern.az

Qadın sürücünün vurduğu 72 yaşlı kişi ÖLDÜ

Qadın sürücünün vurduğu 72 yaşlı kişi ÖLDÜ

Aktual

2 May 2025, 09:04

Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi ölüb.

Modern.az xəbər verir ki, hadisə Yasamal rayonu, Nərimanov heykəlinin yanında yaxınlığında qeydə alınıb.

Aprelin 28-də 1979-cu il təvəllüdlü Sevinc Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə piyada 1953-cü il təvəllüdlü Əbdülbaği Həsənovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 72 yaşlı kişi ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...