Modern.az

İnternet televiziyasının rəhbərinin cəzası azaldıldı

İnternet televiziyasının rəhbərinin cəzası azaldıldı

Aktual

15 May 2025, 12:36

Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimovun cəzası dəyişdirilib.

Modern.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi onun vəkili tərəfindən verilmiş şikayəti qismın təmin edib.

T.Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.

Qeyd edək ki, bu iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Totiyeva kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilirdi. Onun haqdq şərti cəza hökmü qüvvədə qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ