Modern.az

Bakıda qalmaqallı tibb mərkəzinin direktoru işdən çıxarıldı

Bakıda qalmaqallı tibb mərkəzinin direktoru işdən çıxarıldı

Aktual

22 Aprel 2026, 14:52

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, onun yerinə müavini Kamil Hacıyev təyin olunub.

Qeyd edək ki, son günlər bir neçə xəstəxananın baş həkimlərinin dəyişməsi barədə məlumat yayılıb.

"Yeni Klinika"nın baş direktoru Barat Yusifov və Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifələrindən azad edilmələri barədə xəbəri oxu.az və bakupost.az saytlarına təsdiqləyiblər.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov, Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxovanın da vəzifələrindən azad edilməsi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı TƏBİB-ə yönləndirilən çoxsaylı sorğular isə cavabsız qalıb (APA).

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ