Diaspor ermənisi Ermənistan dövlətini beynəlxalq məhkəməyə verib.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Amerika erməsini olan biznesmen Ceyms Tufenkyan Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib.
Mübahisə 2000-ci illərin əvvəllərində "Köhnə İrəvan" layihəsinə daxil edilmiş şəhərin mərkəzindəki Buzand küçəsi 32 ünvanında yerləşən torpaq sahəsi ilə bağlıdır. "İctimai maraq" statusuna görə əmlak müsadirə edilib və iş adamı təxminən 25 ildir ki, orada otel layihəsi hazırlaya bilmir.
Tufenkyan 2025-ci ildə Konstitusiya Məhkəməsi də daxil olmaqla, Ermənistan məhkəmələrinin onun iddialarını rədd etməsindən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Mübahisə "Köhnə Şəhər" layihəsi üçün sahənin qiyməti ilə bağlı yaranıb: tikinti şirkəti 642 milyon dram təklif edir, müstəqil qiymətləndirmə isə qiyməti 1,2-1,3 milyard dram olaraq qiymətləndirir. İş adamı yalnız ədalətli kompensasiya aldığı təqdirdə razılaşır.