Modern.az

Kürün suyu daşdı, mühafizə bəndi yarıldı

Kürün suyu daşdı, mühafizə bəndi yarıldı

Aktual

Bu gün, 11:28

Ağcabədi rayonunda bir neçə gündür müşahidə olunan aramsız yağışlar daşqınlara səbəb olub. 

Modern.az xəbər verir ki, nəticədə Kür çayında suyun səviyyəsi yüksəlib. Çayın rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın çaya qovuşduğu ərazidə mühafizə bəndi dağılıb.

Məlumata görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!