Modern.az

Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşları qəbul edib

Aktual

24 Aprel 2026, 14:26

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Kəlbəcər şəhərində rayon sakinlərini qəbul edib.

Modern.az nazirliyə istinadən xəbər verir ki, qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ