Modern.az

WUF13-də neçə ölkənin iştirakı gözlənilir? - RƏSMİ

WUF13-də neçə ölkənin iştirakı gözlənilir? - RƏSMİ

Aktual

Bu gün, 11:30
Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına (WUF13) 176 ölkədən iştirakçı qeydiyyatdan keçib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov məlumat verib.

Onun sözlərinə görə, hazırda forumda iştirak etmək üçün 26 mindən çox şəxs qeydiyyatdan keçib.

Qeyd edək ki, BMT-nin ən nüfuzlu platformalarından biri sayılan Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək. Forum çərçivəsində dayanıqlı şəhər inkişafı, təhlükəsiz və inklüziv yaşayış mühitinin qurulması, urbanizasiya proseslərinin idarə olunması kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV