Modern.az

Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Aktual

6 May 2026, 15:28

Mayın 6-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.

Modern.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-sı saat 15:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.

Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.

Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?