Modern.az

Allahşükür Paşazadə Türkiyəyə gedir

Allahşükür Paşazadə Türkiyəyə gedir

Aktual

8 May 2026, 11:54

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcəkdir.

Modern.az xəbər verir ki, səfər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə baş tutur.

Vəqfin təşkilatçılığı ilə 11-13 may tarixlərində İstanbul şəhərində baş tutacaq XXIX Avrasiya İqtisadi Zirvə toplantısının builki mövzusu “Qlobal Məsuliyyət - Müharibədən Sonra Dünya, Yeni Güc Balansları, Ortaq Gələcək Axtarışı, Su ilə Yaşıllığın Tükəndiyi Bir Planetdə Yaşam”dır.

Şeyxülislam A. Paşazadə Zirvə görüşündə çıxış edəcək, dünyada mövcud iqtisadi problemlərin mənəvi baxımdan dəyərləndirilməsinə dair fikirlərini bölüşəcək.

Üç onillik tarix ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış ictimai xadimlərin qatıldığı mötəbər toplantının daimi iştirakçısı olan Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Avrasiya İqtisadi Zirvə görüşünün nüfuzlu iştirakçıları ilə görüşlər keçirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!