Modern.az

Rusiya “Zəngəzur dəhlizi"nə qarşı çıxır: "...çətin olacaq!"

Rusiya “Zəngəzur dəhlizi"nə qarşı çıxır: "...çətin olacaq!"

Aktual

Bu gün, 09:41

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin işə salınması perspektivləri ABŞ-la İran arasındakı münaqişə fonunda o qədər də ümidverici deyil.

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mikhail Kaluqin bildirib.

“Bir sıra ekspertlər hesab edir ki, İran-ABŞ qarşıdurması fonunda «Tramp yolu”nun perspektivləri qeyri-müəyyəndir. Qeyd olunur ki, İranın öz şimal sərhədlərində ABŞ-ın  mövcudluğunu mənfi qarşılaması ilə yanaşı, Mərkəzi Asiyadan Avropaya uzanan və ‘Tramp yolu’nun bir hissəsi olması nəzərdə tutulan marşrut üzərində Amerika nəzarəti Asiya tərəfdaşlarında da etimadsızlıq yarada bilər. Çin və Rusiya yükləri olmadan isə layihəyə yatırılan investisiyaların geri dönüşünü təmin etmək son dərəcə çətin olacaq”, - deyə o qeyd edib.

Kaluqinin sözlərinə görə, bu məsələdə nəzərə alınmalı olan bəzi amillər də var.
“Bunlara Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədində mövcudluğu, onun Azərbaycan dəmir yolu ilə problemsiz birləşdirilməsi üçün Rusiya standartlı dəmir yolu xəttinin çəkilməsi zərurəti, "Cənubi Qafqaz Dəmir Yolu"nun 2038-ci ilə qədər Ermənistan dəmir yolu şəbəkəsinin idarə olunması üzrə konsessiyası, həmçinin Ermənistan ərazisinin Avrasiya İqtisadi İttifaqının  vahid gömrük məkanına daxil olması daxildir”, - diplomat davam edib.

Kaluqin vurğulayıb ki, ümumilikdə, bu layihə, Azərbaycanən əsas hissəsi ilə Naxçıvan arasında Cənubi Ermənistandan keçən tranzit marşrutu kimi, birdən-birə yaranmayıb.

“Onun yaranmasından əvvəl Rusiya –Azərbaycan – Ermənistan formatında, daha dəqiq desək, baş nazir müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən üçtərəfli işçi qrup çərçivəsində iki illik gərgin iş aparılmışdı. Artıq 2023-cü ildə biz “Mehri marşrutu’nun işə salınmasına çox yaxın idik. Bu marşrut yalnız Ermənistanın cənubu vasitəsilə Xaxçıvan Muxtar Respublikasına tranziti təmin etməməli, həm də faktiki olaraq Ermənistan və Azərbaycan dəmir yollarını birləşdirməli idi”, — deyə o əlavə edib.

“Hazırda Ermənistanın ‘Tramp yolu’na arxalanaraq nail olmağa çalışdığı məhz budur. Problem ondadır ki, Ermənistan-ABŞ təşəbbüsü ‘Mehri marşrutu’ndan fərqli olaraq Ermənistan və Azərbaycan dəmir yolu infrastrukturunun avtomatik şəkildə tam inteqrasiyasını nəzərdə tutmur. 2023-cü ildə İrəvanın üçtərəfli işçi qrupunun fəaliyyətini qəsdən dondurması bizim günahımız deyil”, - deyə Kalugin bildirib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?