Modern.az

BƏƏ-nin İrana zərbələr endirdiyi iddia olunur 

BƏƏ-nin İrana zərbələr endirdiyi iddia olunur 

Aktual

Bu gün, 17:36

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-İsrail əməliyyatı zamanı İrana qarşı hücumlarda iştirak etdiyi iddia olunub.

Modern.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.

Bildirilir ki, münaqişənin başlanmasından sonra BƏƏ regiondakı digər ölkələrlə müqayisədə Tehrana qarşı daha sərt mövqe tutub. Məlumata əsasən, İsrail Əmirliklərə “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin batareyalarını və onların istismarı üçün hərbi personal göndərib.

“Wall Street Journal” nəşrinin yazdığına görə, BƏƏ İranın Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavoduna aprelin əvvəlində edilən hücumu da rəsmi şəkildə təsdiqləməyib.

Analitiklər hesab edirlər ki, Əmirliklərin addımları Tehranın ölkənin neft-qaz obyektlərinə zərbə endirmək cəhdlərindən sonra iqtisadi maraqlarını qorumaq üçün güc tətbiq etməyə hazır olduğunu göstərir. Məlumata görə, müharibənin başlamasından sonra BƏƏ hərbi müdaxilənin zəruri olduğu qənaətinə gəlib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?