Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində forumun rəsmi açılışına həsr olunmuş mətbuat konfransı keçirilir.
Modern.az xəbər verir ki, tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutur. Mətbuat konfransının moderatoru Euronews telekanalının aparıcısı Nadira Tudordur.
Həmçinin konfransda UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, BMT-Habitat Assambleyasının prezidenti Nga Kor Minqin çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək. Forum UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə təşkil olunub.