Modern.az

Bu marşrut üzrə qatarlar həftəsonları ikitərəfli hərəkət edəcək

Bu marşrut üzrə qatarlar həftəsonları ikitərəfli hərəkət edəcək

Aktual

18 May 2026, 15:59

Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər iyunun 6-dan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Məlumata görə, həftəsonları qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV